Estetik Diş Akademik Dərnəyi 1996-cı ildə Türkiyənin İstanbul şəhərində doktor Qalib Gürelin rəhbərliyi altında təsis olunmuşdur. 20 illik fəaliyyəti ərzində Türkiyənin 1 nömrəli dünyanın isə 3-cü böyük stomatoloji cəmiyyətidir. EDAD 2008-ci ildən Türkiyənin bölgələri üzrə bir neçə nümayəndəliklər yaratdı. (Ankara) 2010-cu ildən isə Bakı nümayəndəliyi yaradıldı. Yarandığı gündən mütəmadi olaraq təxminən bir il ərzində 7-8 kurs və seminarlar təşkil etdi. 2014-cü ildən başlayaraq 2 ildən bir keçirilən Beynəlxalq Estetik Diş Həkimliyi konqresi təşkil edildi. Bu seminarların baş tutmasında qardaş Türkiyənin professor və müəllim heyətinin çox böyük dəstəyi oldu. Bunun nəticəsidir ki, qısa zamanda 250-dən artıq üzvümüz toplandı. Bundan sonrakı hədəfimiz Azərbaycanda stomatologiyanın inkişafına dəstək vermək və həkimlərimizin intelektual və elmi-praktik səviyyəsinin təkmilləşdirilməsidir. EDAD Bakı hal-hazırda üzvlərinin sayına görə ölkənin ən böyük stomatoloji cəmiyyətidir. Keçirdiyi tədbirlərin sayına görə isə Azərbaycanda ən çox seminar təşkil edən tibbi cəmiyyətdir.