Böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, EDAD Bakı dostlarımın və sizlərin sayəsində artıq cəmiyyətimizdə öz dəyərli yerini almışdır. Hər il çoxlu sayda seminar və master-classlar təşkil etdik və etməkdəyik. 16,17 may 2014-cü ildə 1-ci Beynəlxalq Estetik Diş Həkimliyi konqresini uğurla təşkil etdik. İdarə heyətimizin qərarı ilə 2 ildən bir Beynəlxalq Estetik Diş Həkimliyi konqresini Azərbaycanda təşkil edəcəyik. 2-ci Beynəlxalq Estetik Diş Həkimliyi konqresi 20,21 may 2016-cı ildə təşkil olunacaq. Hər zamankı kimi, mövzuların seçimini həkimlərimizin ehtiyac hiss etdiyi sahələrə uyğun seçməyə çalışdıq və o mövzulara uyğun dünyada tanınmış olan mühazirəçiləri dəvət etdik. Konqres 2 gün olacaq. Konqres önü və sonrası workshop-lar və master-class-lar keçiriləcək. Konqres zamanı musiqili açılış kokteyli və Qala gecəsi olacaq. Konqresdə stomatologiyanın bütün sahələrini əhatə edə biləcək professor və həkimlər dəvət olunub. Buraya dünyaca məşhur Dr. Galip Gürel, Dr. Lorenzo Vanini, Dr. Orcan Yüksel, Dr. Pedro Pena və s. dəvət olunmuşdurlar. Əziz kolleqalar və dərnəyimizin üzvləri, sizin də fəal iştirakınızla bu konqresimizin uğurla keçməsini arzulayıram. Azərbaycanda stomatologiyanın inkişafı yolunda gəlin birlikdə yola çıxaq! Elm paylaşdıqca çoxalır! Konqresdə görüşmək ümidi ilə....

M.Sc.Dr. Xaqani HÜSEYNOV
Konfransın Təşkilati Komitəsi və EDAD Bakı sədri

Konqresin qeydiyyat masası

Konqresin qeydiyyat masası aşağıdakı qaydada fəaliyyət göstərəcək:
Cümə axşamı, 20 May 2016-cı il, 08.00 – 17.30
Şənbə, 21 May 2016-cı il, 08.00

Valyuta

Azərbaycanın milli valyutası Azərbaycan Manatıdır (AZN). Manatın məzənnəsi gündəlik olaraq Azərbaycan Mərkəzi Bankı terefinden tənzim olunur (www.cbar.az). Xarici ölkələrin pul vahidləri həftənin iş günləri (09.00-17.00 Bazar ertəsi-Cümə) banklarda, mehmanxanada və aeroportda valyuta dəyişmə məntəqələrində dəyişdirilə bilər. Bütün kredit kartları mehmanxana, restoran və dükanlarda qəbul edilirilər. Şəhərin bir çox nöqtələrində və hava limanında bankomatlar fəaliyyət göstərir.

Yerli Vaxt

GMT+4 (GMT = Qrinviç vaxtı).

Elektrik

Azərbaycanda elektrik 220 Volt 50 Hz-dir, ştepsellər Avropa standartına uyğundur (2 kontaktlı dəlik). Britaniya və ABŞ British və USA texnikasına əlavə adaptor lazımdır.

İştirakçı vəsiqəsi


Siz şəxsi iştirakçı vəsiqənizi konqresin ümumi sənədlərini topladığınız zaman alacaqsınız. Konqresin gedişatı zamanı iştirakçı vəsiqəsi üzərinizdə və görünən yerdə olmalıdır. O, elmi toplantılara, sərgiyə və bədii-əyləncəli tədbirlərə giriş hüququnu verir.

İştirak sertifikatı


Konqresdə yoxlama zamanı əvvəlcədən qeydiyyatdan keçmiş iştirakçılar üçün konqres materialları ilə birgə iştirak sertifikatı təqdim olunacaq. Saytda qeydiyyatdan keçən iştirakçılar bu sertifikatı qeydiyyat masasında tələb etməlidir.

Viza müraciəti


Pasport və viza ölkəyə görə fərqlənə bilər. Azərbaycana gəlməzdən əvvəl Azərbaycan səfirliyi və ya konsulluğuna viza üçün müraciət etməlisiz. Müvafiq məlumat üçün zəhmət olmasa (www.mfa.gov.az) saytına müraciət edin. Viza dəvətnaməsi almaq üçün, zəhmət olmasa qeydiyyat ofisi ([email protected]) ilə əlaqə saxlayın.

KONQRESİN TƏŞKİLAT KOMİTƏSİ

XAQANİ HÜSEYNOV

Estetik Diş

Direktor

+994 50 303 66 67


EMİL İMANOV

İmplant Art

Baş həkim

+994 55 713 80 90


RÖVŞƏN MƏMMƏDOV

Dental Club

Baş həkim

+994 50 379 28 40


NATƏVAN HÜSEYNOVA

Estetik Diş

Baş həkim

+994 50 315 10 50


SƏXAVƏT MƏMMƏDZADƏ

Uzman Dent

Baş Həkim

+994 50 211 62 01


QALİB ƏMİRƏLİYEV

Estetik Diş

Stomatoloq

+994 50 311 49 31


VÜQAR PƏNAHOV

Estetik Diş

Stomatoloq

+994 50 630 25 20


İLKİN ADIGÖZƏLOV

Dental Art

Direktor

+994 50 316 11 22


ELNUR HƏSƏNLİ

ATU stomatoloji klinika

Həkim stomatoloq

+994 55 710 66 66


XƏYAL SƏMƏDOV

Lovely Dent

Direktor

+994 55 333 35 37


RAMİZ PƏNALIYEV

Estetik Diş

Stomatoloq

+994 70 280 07 44


SƏBİNƏ SƏFƏRLİ

VİP Dental

Sale manager

+994 50 714 25 71


RAFAEL PAŞAYEV

Dental Dizayn Lab

Direktor

+994 70 430 08 70


RAMİZ CƏLİLOV

Beyaz Diş

Direktor

+994 50 272 00 21


20
05
16

MÜHÜM TARİXLƏR


Güzəştli qeydiyyatın bitmə tarixi (340 AZN, EDAD Üzvləri 260AZN), 30 Aprel 2016
Güzəştli qeydiyyatın bitmə tarixi (380 AZN, EDAD Üzvləri 300 AZN), 19 May 2016
Konfrans günü qeydiyyat (430 AZN, EDAD Üzvləri 350 AZN), 20 May 2016
Poster üçün tədqiqat tezislərin qəbulunun bitmə tarixi, 20 Aprel 2016