home_congress_post8
Böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, EDAD Bakı dostlarımın və sizlərin sayəsində artıq cəmiyyətimizdə öz dəyərli yerini almışdır. Hər il çoxlu sayda seminar və master-classlar təşkil etdik və etməkdəyik. 16,17 may 2014-cü ildə 1-ci Beynəlxalq Estetik Diş Həkimliyi konqresini uğurla təşkil etdik. İdarə heyətimizin qərarı ilə 2 ildən bir Beynəlxalq Estetik Diş Həkimliyi konqresini Azərbaycanda təşkil edəcəyik. 2-ci Beynəlxalq Estetik Diş Həkimliyi konqresi 20,21 may 2016-cı ildə təşkil olunacaq. Hər zamankı kimi, mövzuların seçimini həkimlərimizin ehtiyac hiss etdiyi sahələrə uyğun seçməyə çalışdıq və o mövzulara uyğun dünyada tanınmış olan mühazirəçiləri dəvət etdik. Konqres 2 gün olacaq. Konqres önü və sonrası workshop-lar və master-class-lar keçiriləcək. Konqres zamanı musiqili açılış kokteyli və Qala gecəsi olacaq. Konqresdə stomatologiyanın bütün sahələrini əhatə edə biləcək professor və həkimlər dəvət olunub. Buraya dünyaca məşhur Dr. Galip Gürel, Dr. Lorenzo Vanini, Dr. Orcan Yüksel, Dr. Pedro Pena və s. dəvət olunmuşdurlar. Əziz kolleqalar və dərnəyimizin üzvləri, sizin də fəal iştirakınızla bu konqresimizin uğurla keçməsini arzulayıram. Azərbaycanda stomatologiyanın inkişafı yolunda gəlin birlikdə yola çıxaq! Elm paylaşdıqca çoxalır! Konqresdə görüşmək ümidi ilə....

M.Sc.Dr. Xaqani HÜSEYNOV
Konfransın Təşkilati Komitəsi və EDAD Bakı sədri