Orto-perio nə dərəcədə effektivdir ? Retensiya olunmuş dişlərin ortodontik müalicəsində diş əti kənarının estetik görüntüsünün əldə olunması.

rgdf

Çox zaman retensiya olunmuş dişlərin agız boşluğu diş cərgəsinə ortodontik apparatların köməyilə dartımı həkimlər üçün ciddi sınağa çevrilir. Problemlərin bir qismi çənə sümüyünə müxtəlif lokalizasiyada gömülmüş dişlərin diş cərgəsinə nizamlandıqdan sonra onların diş əti kənarının simmetrik dişlə eyni səviyyədə olmaması ilə bağlıdır. Başqa sözlə, dişin kliniki tac hissəsinin uzun olması ve dişin qeyri-estetik görünməsidir.Ortodontik hazırlıq mərhələsi, gömülüş dişin üstünün açılmasının cərrahi üsülları ,dartım yayları və qüvvəsinin nizamlanması, residivlərin qarşısını almaq üçün həyata keçirilən tədbirlər bu prezentasiyada nəzərdən keçiriləcək.