Dr. Galip Gürel

Dr. Galip Gürel 1981-ci ildə İstanbul Universitetinin Diş Həkimliyi fakültəsini bitirmişdir. O, Kentucky Universitetində, Prostodontiya kafedrasında təhsilini davam etdirmişdir. İstanbulda Yeditepe Universitetində Master (MSc) dərəcəsi almışdır. Dr.Gürel EDADın (Estetik Diş Hekimliyi Akademisi Derneği) təsisçisi və fəxri prezidentidir. O, 2011 və 2012-ci illərdə Avropa Estetik Diş Həkimliyi Akademiyasının prezidenti olmuşdur. O 2014-ci ilin oktyabr ayında estetik stomatologiyada sosial töhfələrinə görə dünyanın ən yaxşı estetik diş həkimi kimi ‘New York University College’ tərəfindən iki ildən bir verilən fəxri mükafata layiq görülmüşdür. O həmçinin American Society for Dental Aesthetics (ASDA), American Academy of Restorative Dentistry (AARD) və həmçinin American Board of Aesthetic Dentistry (ABAD) fəxri üzvüdür. O, həmçinin Türkiyədə Quintessence jurnalının baş redaktoru və AACD, PPAD (Practical Procedure & Aesthetic Dentistry), EJED (European Journal of Esthetic Dentistry) jurnallarının redaksiya heyətinin üzvüdür. O, bütün dünyada estetik stomatologiya üzrə mühazirələr ve estetik diş həkimliyi ilə bağlı diplomdan sonrakı dərslər verməktədir. Nyu York Universiteti (ABŞ) , Marsel Dental Universiteti (Fransa) və Istanbul Yeditepe Universitetinin (Türkiyə) dəvətli professorudur. O, Quintessence yayınları tərəfindən yayımlanan, 12 müxtəlif dillərə tərcümə olunmuş “The Science and Art of Porcelain Laminate Veneers” kitabının müəllifidir. O, 1984-cü ildən, Estetik Diş həkimliyi üzrə ixtisaslaşmış və İstanbulda şəxsi klinikasında çalışmaqdadır. Dr.Gürel həmçinin tanınmış idmançıdır. O 110 dəfə Su polosu idman növü üzrə Türk Milli Komandasının kapitanı olmuşdur. Camel Trophy üzrə dünya çempionu və Paris-Dakar Rallisinin iştirakçısı olmuşdur.

Estetik diş həkimliyində Yeni Cərəyan
20/05/16 09:45 – 11:30

Son nəticə əgər xəstənin gözləntiləri qədər estetik deyilsə, müasir texnika və materiallar yararsız ola bilər. Son illər Diş həkimləri pasiyentin gülüş dizaynını, gözləntilərini Smile design vasitəsilə bir gün ərzində ağıza köçürmə imkanını əldə etmişdir. Ancaq daha da əhəmiyyətlisi bu smile design xəstənin funksional, bioloji və emosional ehtiyaclarına uyğun olmalıdır. Belə nəticələr əldə etmək üçün bizə interdissiplinar komanda lazımdır. Komandanın hər bir üzvü (həkimlər, diş texniki və xəstə daxil olmaqla) müalicə planı ilə tanış olmalıdır, əvvəldən son nəticəyə qədər hər bir mərhələdən xəbərdar olmalıdır. Bütün yuxarıda qeyd olunan nüanslar düzgün olduqdan sonra belə, uğur üçün əsas komponent “Rabitə” olaraq qalır. Mükəmməl estetik nəticənin təkmilləşdirilməsi üçün xəstə ilə rabitə tələb olunur, eləcə də laboratoriya və ən əsası da işi əvvəldən sonuna qədər bilən mütəxəssis.

Gülüşü əks etdirən konsepsiya – Smile design
20/05/16 12:00 – 13:30

Smile design və xəstənin görünüşü arasındakı ahəngsizlik səbəbiylə son estetik nəticələr xəstənin ümidlərini uğursuz edə bilər. Xəstə həqiqətən bərpa olunmuş dişin ona məxsus olmadığını hiss edə bilər. Müvafiq bilik olmadan, bu ahəngsizliyin mənşəyini müəyyən etmək çətin ola bilər. Onilliklər ərzində diş həkimləri cinsiyyət, fərdi xüsusiyyətlər və yaş kimi parametrlərin əsasında dişlərin bütöv üz şəkli ilə uyğunlaşdırılmasını istədi. Lakin, həqiqətən uğurlu nəticələr əldə etmək asan olmamışdır. Növbəti addım və bu mühazirənin məqsədi bir şəxsin xüsusiləşdirilmiş şəxsi ifadə təsvirinin yaradılmasını əhatə edən bir yenilik konsepsiyasını təqdim etməkdir. Bu konsepsiya diş həkimlərinə yalnız estetika deyil, həmçinin də xəstələrin psixoloji xüsusiyyətlərini – emosialarını, həm də eynilik hissini təmin edir.