Dr. Lorenzo Vanini

Dr. Lorenzo Vanini 1968 ci ildə Pavia Tibb Universitetindən məzun olmuşdur. Son 30 ildə estetik stomatologiyayla, xüsusilə də ön dişlərin konservativ restavrasiyası ilə professional məşğuldur. Bununla yanaşı kompozit materiallar ilə bağlı çoxlu elmi tədqiqatlar aparmışdır. O, diş həkimliyində rəng təyini və kompozit materialların xüsusi anatomik təbəqələmə texnikasının müəyyən edilməsi üçün yeni üsul düşündü. Bu üsul beynəlxalq elm sahəsində yüksək qiymətləndirilib, və bu gün də ABŞ və Avropanın çoxsaylı universitetlərində ali tədris metodu kimi qəbul olunur. Eyni zamanda, o yeni stomatoloji materialların elmi tədqiqatı ilə bağlı alman firmaları ilə əməkdaşlıq etmişdir. O 1986-1987-ci illər ərzində Sao Paulo İnstitutu, Milan Universitetinin Stomatologiya fakültəsinin Terapevtik Stomatologiya kafedrasında müəllim və təlimatçı olmuşdur. O İtaliya Konservativ Diş həkimliyi cəmiyyətinin, İtaliya Konservativ Diş həkimliyi Akademiyasının və Amerika Estetik Diş həkimliyi ictimai birliyinin fəal üzvüdür. O şəxsi klinikasında beynəlxalq səviyyədə kurslar keçir. O Chieti Universitetində Konservativ Diş həkimliyi üzrə dəvətli professordur. Marsel - De La Mediterranee, Barselona - UIC (Universitat Internacional de Catalunya) Universitetlərinin Estetika üzrə dəvətli professorudur.

Ön bölgədə estetik diş həkimliyi
21/05/16 09:30 – 11:00

Diş həkimliyində estetika və funksiya: Müasir cəmiyyətdə 2 ayrılmaz qol. Konfransın məqsədi bu 2 vacib nüansı bütün klinik vəziyyətlər üçün ən asanından ən çətininə kimi tətbiq etməyi öyrənməkdir. Proqnozlaşdırılan və təkrarolunabilən nəticələri necə əldə etmək mümkündür. Konfrans iki hissəyə bölünür.
1-ci hissədə ‘’konservativ müalicəylə estetik nəticələrə necə nail omaq olar’’, direct və indirect kompozit restavrasiyalar və keramika üçün mini-invaziv texnika müzakirə olunacaq.
Biz V sinif qeyri-kariyoz mənşəli toxuma zədələnmələri, diş əti resessiyaları və bioloji həcmi pozulmuş kompleks sınıqlar (sinif IV) haqqında danışacağıq.
Konservativ müalicə üsullarından istifadə etməklə kombinə olunmuş toxuma zədələnmələrini (diş-diş əti) və ‘bir etaplı müalicə’ etməklə dərhal diş tacının bərpası müzakirə olunacaq.
Əsas hədəf olacaq:
1) Rəngin düzgün müəyyən edilməsinin yolunu bilmək
2) Standart kompozit təbəqələmə texnikasını öyrənmək
3) Klinik vəziyyətə görə kompozit və keramika arasında ən yaxşı materialı seçmək
4) Mürəkkəb klinik vəziyyətlərə görə sərt və yumşaq toxumanın idarə olunması (sinif V və kompleks sinif IV)

Konservativ və ortopedik müalicələr zamanı qarşılaşa biləcəyimiz yumşaq və sərt toxuma problemləri
21/05/16 11:30 – 13:00

İkinci hissədə “həm təbii dişlərdə həm də implantlarda prostodontik müalicə ilə estetik nəticələri necə əldə etmək olar”, biz dərin analizlər edərək ən yaxşı materiallarla (kompozit, metal dəstəksiz keramika və.s) uzun müddətli estetik nəticəni əldə etmək üçün ən yaxşı metod və üsulları təhlil edəcəyik.
Əsas hədəf olacaq:
1) Dişlərin düzgün yonulmasını öyrənmək
2) Müxtəlif diş əti biotiplərində estetik diş əti konturunu necə əldə etmək olar
3) Yaxşı estetik nəticəni əldə etmək üçün kompozit və ya keramika sisteminin klinik vəziyyətə görə düzgün seçilməsi.