Dr. Orcan Yüksel

Orcan Yüksel 1987-ci ildə Frankfurtda Johan Wolfgang Goethe Universitetini və İstanbul Universitetini bitirib və sonradan tibb elmləri namizədi dərəcəsini almışdır. 1993-cü ildən bəri təhsil mərkəzi də olan şəxsi klinikası mövcuddur. O estetik stomatologiya, oral implantologiya və adgeziv stomatologiya sahələri üzrə ixtisaslaşmışdır. O, Avropa Dental İmplantasiya Assosiasiyasının (BDIZ/EDI) və Frankfurt Universitetində İmplantologiya sahəsi üzrə keçirilən Curriculum proqramının təsdiqlənmiş mühazirəçisidir. O, estetik stomatologiya və dental implantologiya sahələri üzrə çoxsaylı beynəlxalq təqdimatlarda iştirak etmiş və bir çox nəşrlərin müəllifidir. O həmçinin də Türkiyə Quintessence nəşrinin bir üzvüdür. 2008-ci ildə o, tərəfdaş kimi həmkarı Dr.Bernhard Giesenhagenlə birlikdə çətin layihə olan "Bone Ring Technique" cərrahi üsulunu inkişaf etdirməyə başlamışlar.

Dərhal implant yerləşdirilməsi zamanı alveol darağının qorunması və auqumentasiya texnikaları
21/05/16 16:30 – 18:00

İnsan və heyvanlar üzərində aparılan elmi araşdırmalar göstərir ki, diş itirilməsindən sonra alveol darağında atrofik dəyişikliklər olur. Təzə ekstraksiya olunmuş diş yuvasına dental implant və biomaterial yerləşdirməklə dəyişikliklər uğurla dayandırıla və ya minimuma endirilə bilər. Heyvan mənşəli sümük materialının istifadəsi alveol darağında baş verən daralmanın qarşısını autogen sümükdən belə daha yaxşı alır. Bu mühazirənin məqsədi müxtəlif materiallar və auqumentasiya texnikaları vasitəsilə gündəlik praktikada ən yaxşı nəticəni almağın yollarını öyrənməkdir.

Öyrənilməsi vacib olan əsas nüanslar:

– Bioloji anlayış ilə sümük və remodeling.
– Qısa və uzun müddətli alveol yuvasının qorunması. Alveol yuvasının qorunması üçün istifadə olunan cərrahi metodlar və materiallar.
– Dərhal implant yerləşdirilməsi və sümük materialları, qoruyucu cərrahi metodlar.
– Sümük əvəzediciləri arasındakı fərqlər. Ən yaxşı material varmı? Nə üçün biz müxtəlif kollagen membranlarından istifadə etməliyik?
– Şaquli sümük qüsurları və sümük əvəzedicilərinin istifadəsi. Qızıl standartlar nələrdir .? Hansı məhdudiyyətlər var?