Dr. Pedro Pena

Ailəlidir, iki övladı var. 51 yaşı var. Navarra Universitetinin tibb və cərrahiyyə dərəcəsi (İspaniya) 1988. Doctor in Dental Surgery (DDS). Bask Ölkə Universiteti, İspaniya (1995). Ağız və Üz-çənə Cərrahiyyəsi təhsili; Virgen de Camino Xəstəxanası (1989-1992). OMFS Klinik professor. Navarra Universitetinin Tibb məktəbi (1990-1992). Implant Diş həkimliyində Maxi-Residency Pittsbourgh Universiteti (Dr.Carl Misch) 1995. ICOI üzvü (1996). İspaniya Ağız və Üz-çənə Cərrahiyyəsi Cəmiyyətinin üzvü. Cənubi Afrika Ağız və Üz-çənə Cərrahiyyəsi Cəmiyyətinin əməkdar üzvü. Avropa Implantologiya Forum direktoru (magistr təhsil mərkəzi və study club). 3i implant sistemi üzrə idea müəllifi və mühazirəçi 1994-1996. Steri-Oss implant sistemi üzrə idea müəllifi və mühazirəçi. İspaniya və Portuqaliya (1996-1998) Nobel Biocare implant sistemi üzrə idea müəllifi və mühazirəçi. İspaniya və Portuqaliya (1998-2006). Implant Direct Iberia klinik müşaviri (2007-2015). Şəxsi praktikası Oral Cərrahiyyə və Implantologiya sahələri üzrədir. Madrid, Pamplona və Leiria (Portuqaliya).

Estetik zonada alveol darağının qorunması. Sadələşdirilmiş texnika
21/05/16 14:00 – 15:30

Bu mühazirənin əsas məqsədi diş çəkimindən sonra keçirilən bütün fizioloji dəyişiklikləri incələmək, və implant ətrafında papil və yumşaq toxuma həcminin qorunması üsullarını öyrənməkdir.
Ədəbiyyatlarda diş çəkimindən sonra dərhal implant yerləşdirilməsi, sağalma müddətini gözlədikdən sonra implant yerləşdirilməsindən daha əlverişli göstərilib. Estetik nahiyə üçün belə bir protokol yoxdur.
Bu səbəbdən göstərişləri və əks göstərişləri , və bununla yanaşı estetik nahiyədə risk hallarını bilmək həyati vacib əhəmiyyət daşımaqdadır, müvəqqəti diş olmalıdır yoxsa yox.? Sümük qrefti olmalıdır yoxsa yox.? Biz müvəqqəti dişi nə zaman yerləşdirməliyik, hansı növ daimi resatavrasiyadan istifadə etməliyik və.s
Mühazirə zamanı konusvari implantlarla birlikdə yeni implant dizaynı müzakirə olunacaq. İlkin və yekun restavrasiya üçün istifadə olunan materiallar ilə, subcrestal implant platformasının yerləşdirilməsi və eləcə də bioloji artım amillərinin istifadəsi müzakirə olunacaq.
Ən müasir məqalələr və ədəbiyyatların məqsədi estetik zonada klinik vəziyyətlə qarşılaşdığımız zaman istifadə ediləcək ən mühüm protokolları göstərməkdir.
Mühazirənin sonunda yuxarıda qeyd olunan üsulları göstərən müxtəlif kliniki hallar təqdim olunacaq.