Dr. Serdar Sıralar

1965-ci ildə İstanbulda anadan olmuşam və 1986-cı ildə İstanbul Universiteti Diş həkimliyi fakültəsindən məzun oldum. O zamandan bəri şəxsi klinikamda çalışmaqdayam. 2007-ci ildə diş həkimliyinin yumor yanlarını ələ alan "Oralmoral" adlı kitabım nəşr olundu. 2014-cü ildə bu kitabın 3-cü nəşri edildi. 2010-cu ildə ilk stand-up şoumu Adanada həmkarlarıma təqdim etdim. Sonrakı 5 ildə, fakültələrdə, konqreslərdə, simpozium və məzuniyyət mərasimlərində 300 dən çox stand-up nümayiş etdim. Türkiyənin ən nüfuzlu səhnələrindən biri olan "BKM Mutfak" da biletli nümayişlərimlə yanaşı, Berlində ilk İngilis dilində təqdimatımı da reallaşdırdım. 8 Aprel 2016-cı ildə Monakoda reallaşdırılacaq İmagina Dental Beynəlxalq diş həkimliyi Konqresində yenə İngilis dilində nümayişimi təqdim edəcəyəm. Diş həkimliyi ilə əlaqədar olaraq hazırladığım qısa filmləri You Tube'da adımı yazaraq ya da www.serdarsiralar.com saytından tapa bilərsiniz. Mənə bütün bu müddətdə ən böyük dəstəyi göstərən qızım Serra'ya da təşəkkürü borc bilirəm.

Diş həkimi olmaq (stand-up)
20/05/16 14:30 – 15:00

Bu stand upda diş həkimliyi peşəsinin tələbəlik illəri, əsgərlik, klinik həyatı və gündəlik həyatdakı komik istiqamətləri izah edilməkdədir. Slayt yayımı, aksesuar və dəyişik materialları da özündə cəmləşdirən bu fərqli stand up nümayişi, diş həkimliyinin yalnız çətin deyil, bir çox yönü ilə də qəribə hətta, əcaib bir sahə olduğunu vurğulayır.